«Kazunion» ATAA üzvləri üçün xüsusi güzəştlər tətbiq edəcək — MEMORANDUM

431525442 810306754476498 1240100033844365837 n

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) ilə «Kazunion Touroperator by Rustar» şirkəti arasında turizm əlaqələrinin inkişafında qarşılıqlı maraqların qorunması və əməkdaşlığa dair memorandum imzalanıb.

Təşkilatdan Turizmplus.az saytına verilən məlumata görə, sənədi ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov və «Kazunion Touroperator by Rustar» şirkətinin direktoru Seyidxanım Eminli imzalayıb.

431477704 810306721143168 8763027265110998017 n

Memorandumun məqsədi qarşılıqlı turizm fəaliyyəti üzrə təcrübə mübadiləsinin aparılması və inkişafı, bu sahədə birgə fəaliyyətin təşkili, eləcə də ödənişsiz təlimlərin və informasiya mübadiləsinin həyata keçirilməsidir.

Sənədə əsasən tərəflər turizm fəaliyyəti sahəsində bərabər hüquqlu və qarşılıqlı maraq doğuran əməkdaşlığın inkişafına dəstək göstərəcək,turizm fəaliyyətinin inkişafına yönəlik layihələrin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində əməkdaşlıq edəcək.

Həmçinin ay ərzində bir dəfə olmaqla ATAA üzvlərinin sərnişinləri üçün Türkiyə, BƏƏ, Maldiv adaları, Qətər, Gürcüstan və Qazaxıstan istiqamətlərinə uçan vətəndaşların hava limanına gediş və dönüşü üçün transfer xidməti təşkil ediləcək, Qətərə oktyabrda başlayan yeni mövsüm üçün 50% endirim ilə bizness sinfindən bilet təqdim ediləcək, o cümlədən şirkət rəhbərlərinə ayda bir dəfə olmaqla ekonomdan biznes sinfinə ödənişsiz dəyişmə imkanı veriləcək, ATAA üzvləri ilə müqavilənin bağlanması sadələşdirilmiş formada həyata keçiriləcək. Qeyd edık ki, memorandum imzalandığı gündən qüvvəyə minmiş hesab olunur.

431575542 810306717809835 1203489758508553645 n

Menecerlər