• 12 °C
|

ABŞ-da universitetdə baş verən atışma nəticəsində 5 nəfər ölüb, 4 nəfər yaralanıb – VİDEO

17 Aprel 2025
img

ABŞ-ın Florida ştatındakı universitetdə baş verən atışma nəticəsində 5 nəfər həlak olub, daha 4 nəfər isə yaralanıb.

APA xəbər verir ki, bu barədə yerli “WFTV9” telekanalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

"CNN" telekanalının verdiyi məlumata görə isə, hadisənin əsas şübhəlisi saxlanılıb və hazırda nəzarət altındadır.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır.

Bildirilib ki, atəş açan iki nəfər olub. Onlardan biri hadisə zamanı öldürülüb, digəri isə saxlanılıb.