16 Mar 2026

ABŞ-ın Kiyevlə faydalı qazıntılarla bağlı bağlamağa çalışdığı saziş Ukraynadakı münaqişənin nizamlanması prosesi ilə bağlı deyil.
APA xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus “Fox News”a açıqlamasında deyib.
"Bu, ayrı bir şeydir. Bu, atəşkəs danışıqlarının bir hissəsi deyil. Bu, bu fəlakəti dayandıracaq razılaşmanın bir hissəsi də deyil", – o bildirib.
O həmçinin əlavə edib ki, ABŞ prezidenti Donald Tramp sazişin gələn həftənin sonuna qədər imzalanacağını ümid edir.