«Turizm imkanı olan rayonların kənd yolları ilə bağlı vəziyyət elə də yaxşı deyil» — ATAA SƏDRİ

trend goydaniz gakhramanov 180222

«Yaxşı olardı ki, turistlərin kəndlərə hərəkəti ilə bağlı çətinliklər aradan qaldırılsın. Çünki, turistlər gəzməyi sevirlər. Rayon mərkəzlərində bu baxımdan problem yoxdur, amma kəndlərdə ola bilər”.

Turizmplus.az xəbər verir ki, bu sözləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə heyətinin sədri Göydəniz Qəhrəmanov «Report»un sorğusunu cavablayarkən bildirib.

ATAA sədri qeyd edib ki, turizm imkanı olan rayonların mərkəzi yollarında problem olmasa da, kənd yolları ilə bağlı vəziyyət elə də yaxşı deyil.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən isə bildirilib ki, kəndlərə yolların çəkilməsi, mövcud yolların yenidən qurulması «Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı» çərçivəsində öz həllini tapır: «Bu proqrama uyğun olaraq təmirə ehtiyacı olan yollarla bağlı siyahı tərtib olunub. Həmin siyahı əsasında rayonlarda lazımi işlər icra olunur”.

Menecerlər