İyun ayında ardıcıl 5 qeyri-iş günü olacaq — MƏLUMAT

foto 81671454195

Bu il Azərbaycan xalqının Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün qeyri-iş günü olacaq.

Turizmplus.az xəbər verir ki, bu il iyunun 16, 17-si Qurban bayramı günləri müəyyən edilib.

15 iyun şənbə, 16 iyun bazar gününə təsadüf etdiyi üçün 18 və 19 iyun qeyri-iş günləri olacaq.

Beləiliklə, ardıcıl olaraq 15, 16, 17, 18 və 19 iyun tarixlərində iş olmayacaq.

Menecerlər