• 9 °C
|

Rubio İranı bütün nüvə obyektlərinə müşahidəçilərin buraxılmasına icazə verməyə çağırıb

2 May 2025
img

ABŞ-ın dövlət katibi Marko Rubio İranı bütün nüvə obyektlərinə, o cümlədən hərbi obyektlərə beynəlxalq müşahidəçilərin buraxılmasına icazə verməyə çağırıb.

APA xəbər verir ki, bu barədə o, “Fox News” telekanalına müsahibəsində bildirib.

“Əgər onlar həqiqətən sülh məqsədli atom enerjisi istəyirlərsə, o zaman hər cür inspektorun – o cümlədən amerikalıların – obyektlərə girişinə şərait yaratmalıdırlar,” – deyə Rubio vurğulayıb.