• 11 °C
|

Şirvan sakini ehtiyatsızlıqdan 2 yaşlı övladını avtomobillə vurub öldürüb – YENİLƏNİB

22 May 2025
img

Şirvan sakininin ehtiyatsızlıqdan vurduğu 2 yaşlı övladı dünyasını dəyişib.

Bu haqda APA-nın Mil-Muğan bürosu məlumat verib.

***

17:54

Şirvan sakini ehtiyatsızlıqdan 2 yaşlı övladını avtomobillə vurub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri Vidadi küçəsində qeydə alınıb. Mikroavtobusunu təmir edən şəhər sakini avtomobili arxaya verərkən 2023-cü il təvəllüdlü qızı maşının altında qalıb.

Xəsarətlər alan azyaşlı Şirvan xəstəxanasına yerləşdirlib.