• 18 °C
|

Qəzzada acından ölənlərin sayı 258-ə çatıb

17 Avqust 2025
img

İsrailin blokadası səbəbilə aclıq yaşayan Qəzza zolağında son 24 saatda ikisi uşaq olmaqla daha 7 fələstinli acından ölüb.

APA xəbər verir ki, bu haqda ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda həmçinin Qəzzada acından ölənlərin sayının 110-u uşaq olmaqla 258 nəfərə çatdığı bildirilib.