• 24 °C
|

İsrail Ordusu Sənaya hava zərbələri endirib – YENİLƏNİB – VİDEO

24 Avqust 2025
img

İsrail Hərbi Hava Qüvvələri Sənada yanacaqdoldurma məntəqəsi və elektrik stansiyasına zərbə endirib.

APA-nın xəbərinə görə, bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.

Qeyd edilib ki, Yəmən Neft Şirkətinin yanacaqdoldurma məntəqəsinə və “Xəziz” elektrik stansiyasına hücum edilib.

Ölən və yaralananlar barədə məlumat verilməyib.

***

saat 17.10

Bu gün İsrail Ordusu Yəmənin paytaxtı Sənaya hava zərbələri endirib.

APA-nın xəbərinə görə, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

Sənada partlayışlar baş verib.

Yəməndə husilərə bağlı media qurumları İsrailin Sənaya hava hücumunda neft anbarını hədəfə aldığını açıqlayıb.

“Maariv” agentliyi isə Hodeyda və Sənada partlayışların olduğu barədə məlumat yayıb.

Bu arada “The Times of Israel” Israil Ordusuna istinadən avqustun 25-də Yəməndəki husi qruplaşmasının ilk dəfə İsrailə kaset bomba başlıqlı ballistik raketlə zərbə endirdiyi barədə məlumat yayıb. Raket Cinaton şəhərində evə düşüb və dağıntıya yol açıb.