«Summer Tour Azerbaijan» tur-operatoru hazırda «Daxili turizmin təşkili üzrə mütəxəssis» vəsifəsinə təcrübəli namizədlər axtarır.
Bu barədə tur-operatordan Turizmplus.az saytına məlumat verilib.
Vəzifə öhdəlikləri:
· Mövcüd olan xarici partnyor şirkətlərlə daimə əlaqə saxlamaq, onların istək və sorğularını cavablandırmaq
· Rezervasiyaları şirkətin daxili rezervasiya sisteminə daxil etmək, nəzarət etmək və onları təhlil etmək
· Bütün tur ilə bağlı müraciətləri operativ hesablamaq və təhlil etmək (vizanın alınması, transfer və bələdçi xidmətlərinin şifarişi, otellərin bronlaşdırılması və s.)
· Turizm məhsulunu yaratmaq və cari məhsulu yeniləmək
· Məhsulu təbliğ etmək və satışını həyata keçirmək
· Hesabatları vaxtlı-vaxtında mühasıbatlığa təhvil vermək
· Daxili turizm proqramlarının hazırlanması və inkişafı məqsədilə reklam kompaniyaları, təqdimatlar, işgüzar danışıqlar, görüşlər və s. planlaşdırmaq və onlarda iştirak etmək
· Müştərilərə məlumatın çatdırılması qaydasını müəyyən etmək, vaxtında məlumatın müştərilərə çatdırılmasını təmin etmək
· Daxili turizm xidmətlərinin keyfiyyətli həyata keçirilməsi
· Sifarişləri qəbul etmək
· Elektron sorğuları vaxtında cavablandırmaq
· Hotelləri bronlaşdırmaq
· Elekron turistik viza dəstəyi hazırlamaq
· Hava limanı – otel transferlərinin sifariş etmək
· Tur paketlər yaratmaq
Tələblər:
· Turizm sahəsində 2 il peşəkar təcrübə
· Bakalavr təhsil dərəcəsi
· Azərbaycan, İngilis, Rus dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
· MS Office (Word, Excel, PowerPoint) proqramlarından istifadə bacarığı
· Problem həll etmə, planlama, vaxtın idarə edilməsi bacarıqları
· Yüksək ünsiyyət və komandada işləmək bacarıqları
· Yaranan problemləri tez bir zamanda həll etmək bacarığı
· İnternetdən aktiv istifadə etmək və sürətli axtarış
İş şəraiti:
· 5 günlük iş qrafiki
· İş saatı 10:00-19:00
· Ünvan: AF Mall 2-ci mərtəbə
Tələblərə cavab verən namizədlərdən mövzu yerində vakansiya adını qeyd etməklə CV-lərini 20.04.2023-cü il tarixinə qədər [email protected] ünvanına göndərmələri xahiş olunur.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.