16 Mar 2026

Rusiyanın Ukraynaya qarşı müharibəsi istənilən halda sona çatacaq.
APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski brifinqdə bəyan edib.
Onun sözlərinə görə, bütün dünya Moskvanın təcavüzü davam etdirmək üçün gətirdiyi səbəblərin absurdluğunu anlayır.
“Müharibə onsuz da başa çatacaq, Putin bundan qaça bilməz. Hələ də bəhanələr tapmaq olar – denasifikasiya, hakimiyyətin qeyri-legitimliyi və s. Hər bir halda bütün bunlar heç nəyi ifadə etmir, dünyada heç kim bunları dəstəkləmir”, – deyə dövlət başçısı vurğulayıb.