23 Avq 2026

Ukrayna Norveçlə dron sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb.
APA xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski öz “X” hesabında məlumat verib.
“Biz müdafiə və təhlükəsizlik sahəsində dronlar üzrə saziş formatında əməkdaşlıq haqqında razılaşma imzaladıq”, – Zelenski yazıb.
Tərəflər həmçinin strateji tərəfdaşlıq haqqında deklarasiya imzalayıblar.