• 17 °C
|

Əfqanıstanda zəlzələdə ölənlərin sayı 1124-ə çatıb, 3251 yaralı var – YENİLƏNİB

2 Sentyabr 2025
img

Əfqanıstanda zəlzələdə ölənlərin sayı 1124 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə “Reuters” Əfqanıstan Qızıl Aypara Cəmiyyətinə istinadən məlumat yayıb.

Məlumata görə, 8 mindən çox ev dağılıb, 3251 nəfər yaralı var.

***

10.52

Əfqanıstanda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 900-ə çatıb.

APA xəbər verir ki, bu barədə Əfqanıstanın Fəlakətlərlə Mübarizə üzrə Milli Agentliyin mətbuat xidməti məlumat verib.

Xəsarət alanların sayı isə 3000 nəfərdir.

Ölü sayının ciddi dərəcədə artacağı istisna edilməyib.