• 15 °C
|

ABŞ Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaları ləğv edib

28 Sentyabr 2025
img

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan ABŞ-la əldə olunan razılıqlardan danışıb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, Fidan hər iki ölkənin sanksiyaların aradan qaldırılmasında istəkli olduğunu vurğulayıb.

“Geniş diplomatik fəaliyyət həyata keçirdik. CAATSA (ABŞ-ın sanksiyalar vasitəsilə düşmənlərə qarşı mübarizə qanunu) sanksiyalarının ləğvi ilə bağlı razılıq əldə olundu. Prioritetimiz Qəzzada atəşkəsin ən qısa zamanda təmin olunmasıdır”, – nazir bildirib.

Dəryanur Cəfərova