• 15 °C
|

KİV: İsrail avqustdan bəri Qəzzada 1 250 binanı dağıdıb

1 Oktyabr 2025
img

İsrail Ordusu avqustdan etibarən həyata keçirilən əməliyyat çərçivəsində Fələstin anklavının ən böyük yaşayış məntəqəsi olan Qəzza şəhərində təxminən 1 250 binanı dağıdıb.

APA xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

Qəzetin məlumatına görə, əməliyyatlar zamanı 200-ə yaxın radikal zərərsizləşdirilib.

Dağıdılan binaların təxminən üçdə biri İsrail Ordusu tərəfindən tam hərbi obyekt kimi, yarısı isə radikallar tərəfindən ikinci dərəcəli istifadə olunan obyektlər kimi təsnif edilib.