• 18 °C
|

Zelenski Trampla görüşdən sonra Avropa liderləri ilə telefon danışığı aparıb

18 Oktyabr 2025
img

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla görüşdən sonra Avropa liderləri ilə telefon danışığı aparıb.

APA xəbər verir ki, bu barədə Ukrayna mətbuatı nümayəndə heyətindəki mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, bu, qrup zəngi olub, lakin iştirakçıların siyahısı məlum deyil.

Qeyd edək ki, Zelenskinin Trampla görüşü təxminən iki saat yarım davam edib.