Pegas Touristik 2023-cü il yay proqramının tanıtımı üçün Rusiya və MDB ölkələrindən 900-ə yaxın agentliyi Antalyaya gətirib.
Turizmplus.az xəbər verir ki, yaxın günlərdə baş tutan təqdimat «SWANDOR Topkapı Palace» hotelində keçirilib.
Tədbirin ilk günü bütün «Pegas» istiqamətləri eləcə də, Türkiyə, Tayland, Vyetnam, Venesuela, Kuba və Misirdəki əsas hotellər və uçuş cədvəlləri təqdim edilib.
Təqdimatda planlar haqqında məlumat verən Pegas Touristik nümayəndələri, Pegasus ilə ilk dəfə Azərbaycandan Dalaman uçuşlarında zəmanətli yerlər aldıqlarını xatırladıb.
Proqramın ikinci günündə 36 mehmanxananın iştirakı ilə seminarlar şəklində B2B görüşləri davam keçirilib.
Tədbirin son günündə isə qala yeməyi təşkil olunub. Qala gecəsində Azərbaycanı təmsil edən iştirakçılar satışlar üzrə MDB məkanında ilk pillələrdə yer alıb. Onlara diplom və qiymətli hədiyyələr təqdim edilib.