20 Okt 2025
Hindistan hökuməti Nyu-Dehlinin Rusiya neftindən imtina etmədiyi təqdirdə ABŞ-ın yüksək gömrük rüsumlarını ödəməyə davam edəcək.
APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Floriadakı səfərindən Vaşinqtona qayıdarkən təyyarədə jurnalistlərə bildirib.
“Onlar böyük rüsumları ödəməyə davam edəcəklər, halbuki bunu istəmirlər”, – deyə amerikalı lider vurğulayıb.