• 18 °C
|

Avstraliya ABŞ-dan 1,2 milyard dollarlıq sualtı pilotsuz aparat alacaq

21 Oktyabr 2025
img

ABŞ prezidenti Donald Tramp və Avstraliyanın baş naziri Entoni Albanesenin bazar ertəsi imzaladığı sazişə əsasən, Avstraliya ABŞ-dan 1 milyard dollardan çox sualtı pilotsuz aparatlar alacaq.

APA xəbər verir ki, bu barədə məlumatı Ağ Evin Mətbuat Xidməti yayıb.

"Avstraliya Anduril şirkətindən 1,2 milyard dollar dəyərində pilotsuz sualtı aparatlar almağa və həmçinin 2,6 milyard dollarlıq müqavilə çərçivəsində “Apache” helikopterlərinin ilk partiyasını almağa razılaşıb", – məlumatda deyilir.