ABŞ prezidenti Donald Tramp əmindir ki, həm Rusiya prezidenti Vladimir Putin, həm də Ukrayna prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişəyə son qoyulmasını istəyirlər.
APA xəbər verir ki, Tramp bu barədə çərşənbə axşamı Ağ Evdə Hindistanın Divali bayramı münasibətilə keçirilən tədbirdə bildirib.
"Mən Putinin bunun bitməsini istədiyinə inanıram. İnanıram ki, Zelenski də bunun bitməsini istəyir. Və mən bunun bitəcəyinə inanıram", – o deyib.
ABŞ prezidenti Ukrayna münaqişəsinin əvvəllər III Dünya Müharibəsinin başlamasına səbəb ola biləcəyinə inandığını deyib. O bildirib ki, hazırda belə bir təhlükə yoxdur.