23 Okt 2025
Moskva və Kiyev Ukrayna münaqişəsinin həlli məsələsində ağıllı və praqmatik davranmalıdırlar.
APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
“Necə deyərlər, tanqo üçün iki nəfər lazımdır,” – deyə Tramp vurğulayıb.
Amerikalı lider həmçinin ümid etdiyini bildirib ki, Rusiyaya qarşı tətbiq edilən yeni sanksiyalar uzun müddət qüvvədə qalmayacaq.