• 20 °C
|

Harris növbəti dəfə prezident seçkilərində iştirak etmək barədə danışıb

26 Oktyabr 2025
img

2024-cü il prezident seçkilərində Donald Trampa məğlub olan ABŞ-ın sabiq vitse-prezidenti Kamala Harris yenidən namizədliyini irəli sürə biləcəyini bildirib.

APA xəbər verir ki, Harris bu barədə BBC-yə verdiyi müsahibədə danışıb.

"Bəlkə… hələ bitirməmişəm. Bütün karyeramı dövlət qulluğuna həsr etmişəm və bu, mənim qanımdadır", – o deyib.

Lakin o, hələlik yekun qərarın verilmədiyini qeyd edib.