• 19 °C
|

ABŞ hərbi təyyarəsi və helikopteri Cənubi Çin dənizində qəzaya uğrayıb

27 Oktyabr 2025
img

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus MH-60R Sea Hawk tipli helikopter və F-18 qırıcısı Cənubi Çin dənizində baş verən iki ayrı insident nəticəsində qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə ABŞ Sakit Okean Donanması məlumat yayıb. Qeyd olunur ki, hər iki hava nəqliyyatı planlı əməliyyatlar zamanı qəzaya düşüb.

Hazırda hadisələrin səbəbləri araşdırılır.

CBS telekanalının məlumatına əsasən, qəza nəticəsində həlak olanlar yoxdur.