• 17 °C
|

Tramp Rusiyanın “Burevestnik” raketini sınaqdan keçirməsindən danışıb: Münasib hərəkət deyil

27 Oktyabr 2025
img

Putin raket sınağı keçirmək əvəzinə müharibəni dayandırmalıdır.

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Rusiyanın “Burevestnik” adlı nüvə başlığı daşıya bilən raketinin sınaqdan keçirilməsinə münasibət bildirərkən deyib.

“Onlar bilirlər ki, bizdə nüvə silahı daşıya bilən sualtı gəmi var və bu dünyada ən yaxşısıdır. Özü də onların (Rusiyanın) sahillərindədir. Nəsə etmək üçün 8000 mil yol getmək lazım deyil. Ruslar bizlə oyun oynamırlar, biz də onlarla oyun oynamırıq. Biz həmişə raket sınaqdan keçiririk. Bizim nüvə silahı daşıya bilən sualtı gəmimiz var. Məncə raket sınağı Putin üçün münasib bir hərəkət deyil, o Ukraynadakı müharibəni bitirməlidir. Bu müharibə bir həftə davam etməli idi, amma tezliklə 4-cü ilinə daxil olur. Putin raket sınağı keçirmək əvəzinə müharibəni dayandırmalıdır”, – Tramp vurğulayıb.

Qeyd edək ki, Rusiya “Burevestnik” adlı raketi sınaqdan keçirib. Rusiya lideri Vladimir Putin bu raketin istənilən havadan müdafiə sistemini vurub keçə biləcəyini iddia edib.