• 16 °C
|

ABŞ-ın bombardmançı təyyarələri Venesuela sahillərində uçuş həyata keçirib

28 Oktyabr 2025

ABŞ Silahlı Qüvvələri Venesuela sahillərində “B-1 Lancer” strateji bombardmançı təyyarələrinin daha bir uçuşunu həyata keçirib.

APA xəbər verir ki, bu barədə Hava və Kosmik Qüvvələr Jurnalı ABŞ Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, uçuşu bir neçə bombardmançı təyyarə həyata keçirib və məqsəd Karakas və narkotik kartellərinə güc nümayişi olub.

Nəşr vurğulayır ki, bu, 15 oktyabrdan bəri ABŞ strateji təyyarələrinin Venesuela sahillərində üçüncü belə uçuşudur.

Pentaqon hələ ki, bombardmançı təyyarələrin uçuşu ilə bağlı məlumatlara münasibət bildirməyib.