• 19 °C
|

ABŞ Sakit okeanda əməliyyat keçirib, 14 narkotacir öldürülüb

28 Oktyabr 2025
img

ABŞ ordusu ötən gün Sakit okeanın şərq hissəsində narkotik daşıyan 4 gəmiyə aviazərbələr endirib.

APA xəbər verir ki, bu barədə ABŞ-ın müharibə naziri Pit Heqset “X” hesabında bildirib.

Onun sözlərinə görə, aviazərbələr nəticəsində 14 narkotacir öldürülüb. Əməliyyat zamanı ABŞ qüvvələri hər hansı bir itki verməyib.

“Bu narkotacirlər “Əl-Qaidə”dən daha çox amerikalı öldürüb, biz onlarla eyni cür rəftar edəcəyik”, – nazir vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ bir neçə dəfə Karib hövzəsində narkoticarətlə məşğul olan gəmilərə zərbə edib.