«Summer Tour» tur-operatorunun təşkilatçılığı ilə Türkiyənin müxtəlif şəhərlərindən gələn məşhur hotel brendlərinin nümayəndələri yerli turizmçilərlə görüşüb.
Turizmplus.az xəbər verir ki, «workshop»dan öncə tur-operator rəhbərliyi Azərbaycan turizmçiləri ilə görüş təşkil edib, yeniliklər açıqlanıb, fikir mübadilələri aparılıb.
Daha sonra 400-dən çox turizmçinin iştirakı ilə Türkiyədən gələn 46 məşhur hotel nümayəndələri ilə B2B görüşlər keçirilib.
Görüş barədə jurnalist Rəhim Qədirovun hazırladığı videoreportajı izləyicilərimizə təqdim edirik: