• 17 °C
|

ABŞ və müttəfiqləri son bir ayda İŞİD-ə qarşı 22-dən çox əməliyyat həyata keçirib

13 Noyabr 2025
img

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) son bir ayda Suriyada İŞİD-ə qarşı 22-dən çox əməliyyatda iştirak edib.

APA xəbər verir ki, bu barədə CENTCOM-un mətbuat xidməti məlumat yayıb.

"Son bir ayda CENTCOM qüvvələri Suriyadakı tərəfdaşları ilə birlikdə İŞİD-ə qarşı 22-dən çox əməliyyata məsləhət verib, kömək və iştirak edib. Bu, qrupun lokal əməliyyatlar aparmaq və zorakılığı qlobal miqyasda yaymaq qabiliyyətini azaldıb", – komandanlığın açıqlamasında bildirilir.