«Pegas Touristik» Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə Novruz bayramında sərnişinlər Şarm əl-Şeyx istiqamətinə AZAL ilə uçmaq şansı qazanıb.
Tur-operatordan Turizmplus.az saytına verilən məlumata görə, mart ayının 18-dən 7 gecə olmaqla Şarm əl-Şeyx turu aviabiletləri AZAL aviaşirkətinə aid olacaq.
Qeyd edək ki, turun satışlarına artıq start verilib.