• 18 °C
|

Tramp Ağ Evdə Məhəmməd bin Salmanı qəbul edib

18 Noyabr 2025
img

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Səudiyyə Ərəbistanının vəliəhdi şahzadə Məhəmməd bin Salmanla görüşüb.

APA xəbər verir ki, ABŞ-a səfər edən Məhəmməd bin Salman üçün qarşılanma mərasimi keçirilib.

Tramp Səudiyyə Ərəbistanı liderini qapıda qarşılayıb və sonra iki lider görüş üçün Oval Ofisə keçiblər.

Görüş zamanı ABŞ Prezidenti Ər-Riyada F-35 sata biləcəklərini bildirib.