• 9 °C
|

ABŞ və Ukrayna sülh planının dəqiqləşdirilməsi üzrə məsləhətləşmələri davam etdirəcək

24 Noyabr 2025
img

ABŞ administrasiyası və Kiyev rəsmiləri Ukrayna münaqişəsinin tənzimlənməsi üzrə planın üzərində işi davam etdirmək barədə razılığa gəliblər.

APA xəbər verir ki, bu barədə Ağ Evin Cenevrədə keçirilən danışıqlardan sonra yaydığı açıqlamada deyilir.

“Hər iki tərəf əldə olunmuş sabit irəliləyişi alqışladı və razılaşmaların dəqiqləşdirilməsi prosesində məsləhətləşmələri davam etdirməyə razılaşdı”, – Ağ Ev qeyd edib.