• 13 °C
|

ABŞ CAR nümayəndələrini Floridada keçiriləcək G20 sammitinə dəvət etməyi planlaşdırmır

27 Noyabr 2025
img

Vaşinqton administrasiyası Cənubi Afrika Respublikasının nümayəndələrini 2026-cı ildə Floridada keçirilməsi planlaşdırılan G20 zirvəsinə dəvət etmək niyyətində deyil.

APA xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ administrasiyası bunun əvəzinə Polşanı yuxarıda qeyd olunan tədbirlərdə yüksək səviyyəli iştirak üçün dəvət etməyi planlaşdırır.

Qeyd edək ki, G20 sammiti 22-23 noyabr tarixlərində Cənubi Afrikanın Yohannesburq şəhərində keçirilib və ABŞ-dan başqa bütün G20 ölkələri orada iştirak edib.