• 13 °C
|

Tramp: Milli Qvardiya əsgərinə atəş açan şəxs özü də ağır yaralanıb

27 Noyabr 2025
img

ABŞ prezidenti Donald Tramp Vaşinqtonda Ağ Evin yaxınlığında baş verən atışma ilə bağlı açıqlama verib.

APA xəbər verir ki, Tramp iki Milli Qvardiya əsgərinin yaralandığı hadisə ilə bağlı bunları deyib:

“İki Milli Qvardiya əsgərinə atəş açan və hər ikisini ağır vəziyyətdə qoyaraq ayrı-ayrı xəstəxanalara çatdırılmasına səbəb olan heyvanın özü də ağır yaralanıb. Lakin istənilən halda bu ona çox baha başa gələcək”.