• 14 °C
|

Vaşinqtona əlavə 500 Milli Qvardiya əsgəri göndəriləcək

27 Noyabr 2025
img

ABŞ Silahlı Qüvvələri qanun və qaydanı təmin etmək üçün paytaxt Vaşinqtona əlavə 500 Milli Qvardiya əsgəri göndərəcək.

APA xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Pit Heqset məlumat verib.

"Bu, belə qalmayacaq və buna görə də Prezident Tramp məndən xahiş etdi və mən Ordu və Milli Qvardiya katibinə göstəriş verəcəyəm ki, Vaşinqtona əlavə 500 Milli Qvardiya əsgəri göndərilsin", – Heqset deyib.