• 14 °C
|

Trampın iştirakı ilə Ruanda və Konqo arasında sülh müqaviləsi imzalanıb

5 Dekabr 2025
img

ABŞ prezidenti Donald Tramp Ruanda ilə Konqo Demokratik Respublikası arasında sülh müqaviləsinin imzalanması mərasimində iştirak edib.

APA xəbər verir ki, tədbir Vaşinqtondakı Donald Tramp Sülh İnstitutunda keçirilib.

"Onlar bir-birini öldürmək üçün çox vaxt sərf etdilər və indi də hər bir ölkə kimi ABŞ-ı iqtisadi cəhətdən qucaqlamaq, əl-ələ tutmaq və istismar etmək üçün çox vaxt sərf edəcəklər. Ən böyük şirkətlərimizi Konqo və Ruandaya göndərəcəyik. Bəzi nadir metallar və bəzi aktivlər çıxaracağıq. Hər kəs çox pul qazanacaq", – Tramp tədbirdə çıxışı zamanı deyib.