• 14 °C
|

ABŞ-da bir şirkət Rusiyaya qarşı sanksiyaları pozduğuna görə 7 milyon dollar cərimələnib

5 Dekabr 2025

ABŞ-da Rusiyaya qarşı sanksiya rejimini pozduğu və iş adamı Oleg Deripaskaya məxsus şirkətdən vəsait aldığı iddiasıyla bir şirkət 7 milyon dollar cərimə olunub.

APA xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) məlumat yayıb.

Məlumata görə, Nyu-Yorkda yerləşən “Gracetown” adlı şirkət ABŞ hökumətinin müvafiq xəbərdarlığına baxmayaraq, 2018-ci ilin aprelindən 2020-ci ilin mayınadək Deripaskaya məxsus olduğu iddia edilən şirkətdən 31 min dollardan çox vəsait alıb.

Bu səbəblə də ABŞ Maliyyə Nazirliyi şirkətə 7 139 305 dollar məbləğində cərimə tətbiq edib.