• 15 °C
|

Tramp Maduronun sayılı günləri qaldığını bildirib

9 Dekabr 2025
img

ABŞ Prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduronun siyasi həyatınınsayılı günləri qaldığını bildirib.

APA xəbər verir ki, Tramp bu məsələyə Politico”ya müsahibəsində toxunub.

O, ABŞ qoşunlarının Venesuelaya daxil olub-olmayacağı ilə bağlı suala cavab vermək istəmədiyini deyib.

“Mən bu barədə danışmıram. Venesuelada əməliyyat keçirib-keçirməyəcəyimizi deyə bilmərəm. Bunu deyə bilərəm ki, o, (Maduro) həbsxanalardan, narkotik tacirlərinin arasında və digər yerlərdən milyonlarla adam göndərib. O, bunu bizim IQ-su çox aşağı olan prezidentimizinvaxtında edib. Bilirsiniz, Bayden IQ-su çox aşağı olan bir adamdır, xüsusilə indilərdə. Yəni, o 30 il bundan əvvəl də IQ-su zəif olan adam idi, amma indi daha da pisləşib. Onun bizim ölkəmizin başına gətirdikləri heç yaxşı deyil”, –Tramp bildirib.