14 Dek 2025

ABŞ prezidenti Donald Tramp əminliklə bildirib ki, çoxları Ukraynanın Donbas vilayətində azad iqtisadi zonanın yaradılmasını istəyir.
APA xəbər verir ki, Tramp bu barədə dekabrın 12-də Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Jurnalistlərdən birinin məsələ ilə bağlı sualına Tramp "Bu, çox çətin bir vəziyyətdir. Amma işləyəcək və bir çox insan bunun işləməyini istəyir", – deyə cavab verib.