• 12 °C
|

Trampın hədələri fonunda Venesuela hərbi gəmiləri dənizə çıxarıb

18 Dekabr 2025
img

Venesuela neft məhsulları daşıyan tankerlərin müşayiəti üçün hərbi gəmilərini dənizə çıxarıb.

APA xəbər verir ki, bu barədə The New York Times qəzeti məlumat yayıb.

Venesuela hökumətinin bu qərarı ABŞ-la mümkün qarşıdurma riskini artırır.

Nəşrin üç mənbəsinin bildirdiyinə görə, çərşənbə axşamı axşam saatlarından çərşənbə səhərinə qədər ölkənin şərq sahillərindən bir neçə gəmi hərbi-dəniz qüvvələrinin müşayiəti ilə dənizə açılıb.