• 7 °C
|

KİV: ABŞ Venesuelanı azı iki ay blokadada saxlamaq niyyətindədir

25 Dekabr 2025
img

Vaşinqton administrasiyası Venesuela sahillərində ən azı iki ay dəniz blokadasını saxlamaq, neft tankerlərinin ölkəyə daxil olmasının qarşısını almaq niyyətindədir.

APA xəbər verir ki, bu barədə “Reuters” adı açıqlanmayan ABŞ rəsmisinə istinadən məlumat verib.

Mənbə Vaşinqton administrasiyasının Venesuelaya qarşı siyasətini təsvir edərək bildirib ki, hərbi gücdən istifadə etmək variantı qalsa da, əsas diqqət Ağ Evin istədiyi nəticəyə nail olmaq üçün sanksiyaların tətbiqi yolu ilə iqtisadi təzyiq göstərməyə yönəlib.

Mənbə onu da qeyd edib ki, Ağ Ev regiondakı ABŞ qüvvələrinə demək olar ki, yalnız Venesuela neftinin ən azı növbəti iki ay ərzində karantinə alınmasına diqqət yetirməyi əmr edib.

Məlumata görə Vaşinqton yanvarın sonuna qədər Venesuelada iqtisadi fəlakət təhlükəsi ilə üzləşməyə və Karakası ABŞ-a əhəmiyyətli güzəştlərə razı olmağa məcbur etməyə ümid edir.