• 15 °C
|

KİV: Tramp yanvarın 15-də Venesuela müxalifətinin lideri Maçado ilə görüşə bilər

12 Yanvar 2026
img

ABŞ Prezidenti Donald Tramp yanvarın 15-də Ağ Evdə Venesuela müxalifətinin lideri Mariya Korina Maçado ilə görüşə bilər.

APA xəbər verir ki, bu barədə “CNN” Ağ Evin yüksək vəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.

“Venesuela müxalifətinin lideri, 2025-ci il Nobel Sülh Mükafatı laureatı Mariya Korina Maçado cümə axşamı Prezident Donald Trampla görüşəcək”, – qeyd edib.