14 Yan 2026
ABŞ Prezidenti Donald Tramp İran rəsmiləri ilə bütün görüşləri ləğv edib.
APA xəbər verir ki, bu barədə Tramp özünün “Truth Social” hesabında bildirib.
“İranlı vətənpərvərlər, etirazlara davam edin – qurumları ələ keçirin. Qatillərin və zorakılıq törədənlərin adlarını yadda saxlayın. Mən etirazçıların mənasız şəkildə öldürülməsi dayanmayana qədər İran rəsmiləri ilə bütün görüşləri ləğv etmişəm. Kömək yoldadır! MIGA!!!”, – Tramp qeyd edib.
Xatırladaq ki, ki, MIGA (Make Iran Great Again) “İranı yenidən möhtəşəm edək” mənasını verir.