16 Mar 2026

Böyük Britaniya Rusiyanın “kölgə donanması”na məxsus gəmilərdən müsadirə edilən neft hesabına Ukraynanın maliyyələşdirilməsi variantını nəzərdən keçirir.
APA xəbər verir ki, bu barədə “The Times” qəzeti mənbəsinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, müsadirə edilən neftdən Ukraynanın məhz hərbi səylərinin maliyyələşdirilmə mexanizmi araşdırılır.