• 18 °C
|

Yunanıstan ABŞ-dan raket və helikopterlər almaq üçün 4 milyard dollar xərcləyəcək

8 Oktyabr 2026
img

Yunanıstan ABŞ-dan müasir raket və bombalar, “Black Hawk” helikopterləri almağa, həmçinin F-16 qırıcılarını modernləşdirməyə 4 milyard dollara qədər vəsait xərcləyəcək.

Bu barədə “Reuters” Yunanıstanın yüksək vəzifəli rəsmilərinə istinadən məlumat yayıb.

Razılaşma F-16 Viper və F-35 qırıcıları, “Black Hawk” helikopterləri üçün yeni silahların alınmasını və köhnə F-16-ların Viper standartına uyğun modernləşdirilməsini nəzərdə tutur.

Rəsmilərin sözlərinə görə, xərclər iki onillik ərzində həyata keçiriləcək və ölkənin maliyyəsinə əlavə təzyiq yaratmayacaq.