• 18 °C
|

Ukraynada iki qatar toqquşub, xəsarət alanlar var

9 Oktyabr 2026
img

Ukraynanın Lvov şəhərində iki qatar toqquşub.

APA xəbər verir ki, hadisə oktyabrın 8-də Podzamçe stansiyasından yola düşən “Lvov-Sokal” marşrutu üzrə hərəkət edən dizel qatarının elektrovozla toqquşması nəticəsində baş verib.

“Məlumata görə, qəza zamanı dizel qatarının maşinisti ayağından xəsarət alıb. Daha dörd sərnişinə isə tibbi yardım göstərilib. Elektrovozun maşinistləri xəsarət almayıb.

Hadisə yerinə dəmir yolunun mütəxəssisləri və xüsusi xidmətlərin əməkdaşları cəlb olunub. Onlar toqquşmanın səbəblərini və digər halları araşdırırlar.

Hadisə zamanı ümumilikdə səkkiz nəfərin xəsarət aldığı bildirilir. Onlardan beşi xəstəxanaya yerləşdirilib, üç nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.