
Dekabr ayında Rusiya Ukraynaya qarşı döyüşlərdə gündə təxminən 1000 əsgər itirib.
APA xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rutte Davosda Dünya İqtisadi Forumunda panel müzakirəsində açıqlamasında bildirib.
“Bəli, bu doğrudur ki, dekabr ayında ruslar gündə 1000 nəfər itirirdilər – ağır yaralananları deyil, məhz ölənləri nəzərdə tuturam. Bu, dekabr ayı üzrə 30 mindən çox itki deməkdir. 1980-ci illərdə Əfqanıstanda sovet qoşunları 10 il ərzində 20 min nəfər itirmişdi. İndi isə onlar bir ayda 30 min hərbçi itirir”, – NATO-nun Baş katibi deyib.