• 5 °C
|

Norveç Ukraynaya “NASAMS” HHM sistemləri üçün xeyli sayda raket verib

22 Yanvar 2026
img

Norveç hökuməti Ukraynaya hava hücumundan müdafiə (HHM) sistemləri olan “NASAMS” üçün xeyli miqdarda raket tədarük etdiyini açıqlayıb.

APA xəbər verir ki, bu barədə Norveçin müdafiə naziri Ture Sandvikin ukraynalı həmkarı Mixail Fedorovla keçirdiyi onlayn görüş zamanı danışıb.

Bildirilir ki, bu addım Ukrayna şəhərlərinin Rusiya ordusunun hava zərbələrindən qorunmasını davam etdirmək məqsədi daşıyır.

Norveç Müdafiə Nazirliyinin mətbuat xidmətinin bildirdiyinə görə, hava hücumundan müdafiə Ukraynaya göstərilən Norveç hərbi yardımının əsas prioritetlərindən biridir.

ABŞ, Kanada, Litva və Norveç də daxil olmaqla bir sıra ölkələr tərəfindən Ukraynaya verilən “NASAMS” HHM sistemləri Rusiya raketlərinə qarşı yüksək effektivlik nümayiş etdirib.