27 Yan 2026

ABŞ Prezidenti Donald Traamp bildirib ki, HAMAS hərəkatı Qəzza sektorunda saxlanılan son israilli girovun nəşinin geri qaytarılmasına yardım göstərib.
APA xəbər verir ki, Tramp bu barədə “Axios” portalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, HAMAS nümayəndələri nəşin tapılması üçün ciddi səylər göstərib və bu məsələdə İsrail tərəfi ilə əməkdaşlıq edib.
ABŞ prezidenti qeyd edib ki, prosesin özü olduqca çətin olub.