• 7 °C
|

Aİ XİN rəhbərləri İrana yeni sanksiyaları təsdiqləyib – YENİLƏNİB

29 Yanvar 2026
img

Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri İrana qarşı sanksiyaları təsdiqləyib.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd edilib ki, İranda etirazların yatırılmasında iştirak edən şəxsləri və qurumları hədəf alan yeni sanksiyalar təsdiqlənib.

Eyni zamanda, Aİ XİN rəhbərlərinin SEPAH-ı terror təşkilatları siyahısına daxil etmək üçün siyasi razılığa gələcəyi gözlənilir.

***

13:08

Avropa İttifaqı (Aİ) İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.

APA xəbər verir ki, bu barədə Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə bildirib.

“İranın təhlükəsizlik qüvvələri kütləvi ölümlərə görə məsuliyyət daşıyır. Bu gün biz minlərlə etirazçının ölümünə görə birbaşa məsuliyyət daşıyanlara qarşı yeni sanksiyalar tətbiq edəcəyik”, –Kallas qeyd edib.