• 8 °C
|

ABŞ-da polis Demokratların nəzarətində olan şəhərlərdə etirazların yatırılmasına kömək etməyəcək

1 Fevral 2026
img

“ABŞ-da federal hüquq-mühafizə orqanları Demokrat Partiyasının idarə etdiyi şəhərlərdə hakimiyyət əleyhinə kütləvi etirazlar və iğtişaşlarla mübarizədə yardım göstərməyi dayandıracaq”.

APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.

“Daxili təhlükəsizlik naziri Kristi Noemə göstəriş verdim ki, onlar bizdən yardım istəməyənə qədər və ya istəmədikləri halda, heç bir şəraitdə zəif idarə olunan şəhərlərdə etirazlar və ya iğtişaşlarla bağlı hüquq-mühafizə əməliyyatlarında iştirak etməyəcək”, – Tramp öz “Truth” hesabında yazıb.